İDMAN ÖZ XƏBƏR

Baş məşqçi jurnalistlərdən üzr istəyib

SKA-nın baş məşqçisi Roman Rotenberq, Kontinental Xokkey Liqasının (KHL) adi mövsüm matçında Moskvanın "Spartak"ına məğlub olduqdan sonra idman jurnalistlərindən bağışlanmasını istəyib.

32gun.az bildirir ki, onun açıqlamasını Sport24 yayıb. 

Yanvarın 5-də “Vityaz”la oyundan sonra Rotenberq jurnalistləri “səhər saat 5-də klubu tənqid edən materialları yaymaqda” günahlandıraraq faşistlərlə müqayisə etdi.

“Əgər kimisə incitmişəmsə, dərindən üzr istəyirəm. Mənim babam da döyüşürdü”, - Rotenberq bildirib.

Sankt-Peterburqda, "SKA Arena"da keçirilən SKA - "Spartak" oyunu paytaxt klubunun 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesabı ilk dövrənin sonunda German Rubtsov açıb . Oyunun ikinci hissəsində qırmızı-ağlar rəqib qapısına dörd dəfə zərbə endirib: Ansel Qalimov iki dəfə , İvan Morozov və Nikolay Qoldobin hərəyə bir dəfə fərqləniblər. 

Bu qələbədən sonra Aleksey Jamnovun rəhbərlik etdiyi komanda 57 xal toplayaraq Qərb konfransının turnir cədvəlində ikinci pilləyə yüksəlib. SKA 54 xalla Qərbdə beşinci yeri tutur.

Ayxan 

Oxşar Xəbərlər