İspaniyada rusiyalı model Luiza Kremleva futbolçu Teo Ernandesə qarşı yalan ittiham irəli sürdüyünə görə 6 ay həbs cəzasına məhkum edilib.
32gun.az bildirir ki, bu barədə Lenta.ru məlumat yayıb.
İspaniyanın Malaga şəhərində cinayət məhkəməsi Kremlevanı böhtan atmaqda təqsirli bilib. Bundan əlavə, modelə həbs müddəti ərzində hər ay 10 min avro cərimə ödəmək öhdəliyi qoyulub.
Məhkəmə qərarına əsasən, əgər Kremleva iki il ərzində yeni cinayət törətməzsə, cəzanın icrası təxirə salına bilər.
Xatırladaq ki, model 2017-ci ilin iyununda Teo Ernandesi zorakılıqda və döyülmədə ittiham etmişdi. Lakin məhkəmə futbolçunun təqsirini sübut etməmiş və işi bağlamışdı. Bununla yanaşı, rusiyalı modelə qarşı yeni cinayət işi açılmışdı.
Nilay