İDMAN ÖZ XƏBƏR

Rusiya - Azərbaycan matçının baş tutub-tutmayacağı məlum olub

Rusiya və Azərbaycan futbol üzrə yoldaşlıq oyunu ilə bağlı danışıqları dayandırıb

Rusiya və Azərbaycan milli komandaları arasında futbol üzrə yoldaşlıq oyununun keçirilməsi ilə bağlı danışıqlar dayandırılıb.

32gun.az bildirir ki, bu barədə Sport24 mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, UEFA-nın son iclaslarından birində Rusiya Futbol İttifaqı (RFS) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri 2025-ci ilin birinci yarısında oyunun keçirilməsi məsələsini müzakirə edib. Lakin bu mövzu rəsmi danışıqlara keçmədən dayandırılıb. Hazırda isə iki ölkə arasındakı münasibətlərdəki gərginlik səbəbindən oyunun keçirilməsi gündəmdə deyil.

Qeyd edək ki, 2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FIFA) və UEFA Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə uyğun olaraq Rusiya milli komandasını və Rusiya klublarını bütün turnirlərdən kənarlaşdırmışdı. Nəticədə, Rusiya yığması 2022-ci il Dünya Çempionatının seçmə oyunlarını, eləcə də Almaniyada keçiriləcək Avro-2024 turnirini buraxıb.

2022-ci ildən bəri Rusiya milli komandası və klubları yalnız xarici komandalarla yoldaşlıq görüşləri keçirir.

Ayxan 

Oxşar Xəbərlər