İDMAN ÖZ XƏBƏR

9 yaşlı şahmatçı dünya rekordu qırıb

9 yaşlı rusiyalı Roman Şogciev beynəlxalq usta adını qazanan tarixdəki ən gənc şahmatçı olub.

32gun.az bildirir ki, bu nailiyyət dekabr 2024-cü ildə Belqradda keçirilən RadnickiChess IM turnirində qeydə alınıb.

Şogciev turnirdə yalnız bir dəfə məğlub olub – 8-ci turda qalib Suat Atalıka uduzub. Bununla belə, o, 9 yaş 10 ay 7 günündə beynəlxalq usta titulunu qazanaraq, argentinalı Faustino Oroya məxsus rekordu təxminən bir ay qabaqlayıb.

2024-cü ildə Roman Şogciev 10 yaşadək uşaqlar arasında klassik şahmat və blits üzrə dünya çempionu olub. O, həmçinin 2023-cü ildə böyüklər arasında keçirilən blits üzrə dünya çempionatında iştirak edib və beş beynəlxalq qrossmeysteri məğlub edib.

Qeyd edək ki, 2022-ci ilin fevralından Rusiya və Belarus şahmatçıları Ukrayna münaqişəsi səbəbindən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə FIDE yarışlarında neytral statusla çıxış edirlər.

Nilay

Oxşar Xəbərlər