ABŞ-ın müdafiə naziri postuna namizəd Pit Hegset İsrailin Fələstin HƏMAS hərəkatının bütün üzvlərini məhv etmək səylərini dəstəklədiyini bildirib.
32gun.az bildirir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Mən HƏMAS-ın hər bir üzvünün məhv edilməsini və aradan qaldırılmasını dəstəkləyirəm”, – deyə Hegset ABŞ Senatında keçirilən vəzifəyə təsdiqləmə dinləmələrində vurğulayıb.
14 yanvarda Associated Press agentliyi HƏMAS-ın Qəzza sektorunda atəşkəs və girovların azad edilməsini nəzərdə tutan saziş layihəsini dəstəklədiyini yazıb. İsrailin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, sazişin yekun versiyasının detalları hələ də müzakirə edilir.
10 yanvarda İsrailin müdafiə naziri İsrael Kac hərbçilərə HƏMAS-ın girovları rəsmi olaraq Donald Trampın 2025-ci il yanvarın 20-də vəzifəyə başlamasına qədər azad etməyəcəyi təqdirdə, onun “tam məhv edilməsi” planını hazırlamağı tapşırıb.
Keçən ilin dekabrında Tramp bildirib ki, Yaxın Şərqdə girovların ələ keçirilməsində günahkar olanlar onları azad etmədikləri təqdirdə, “cəhənnəm əzabı” ilə üzləşəcəklər. Trampın sözlərinə görə, bu xəbərdarlıq onun 20 yanvardakı inauqurasiyasına qədər qüvvədədir.
Ayxan