ABŞ və Trinidad və Tobaqodan olan beynəlxalq alimlər qrupu, hindistanlı həmkarlarının Ayın səthindəki soyuma ilə 2020-ci ilin yazında koronavirus pandemiyası səbəbindən yer üzündə tətbiq edilən karantin arasında əlaqə olduğu barədəki nəzəriyyəsini yoxlayıb.
32gun.az bildirir ki, araşdırma, Monthly Notices of the Royal Astronomical Society: Letters elmi jurnalında dərc edilib.
İlk araşdırmada, Qucarat Universitetinin fizikaçılarının NASA-nın Lunar Reconnaissance Orbiter cihazından əldə edilən məlumatlarla 2017-2023 illəri arasında Ayın səthinin temperaturu analiz edilib. Nəticələr göstərib ki, COVID-19 ilə bağlı tətbiq olunan lokdaunlar zamanı Ayın temperaturu kəskin şəkildə enib.
Yeni araşdırmada isə, Missuri Elmlər və Texnologiyalar Universiteti (ABŞ) və Qərbi Hindistan Universiteti (Trinidad və Tobago) alimləri, eyni məlumatları daha ətraflı təhlil edərək Ayın iqlimindəki dəyişiklikləri araşdırıblar. Alimlər 2018-ci ildə Ayda kəskin soyuma olduğunu və bunun pandemiyadan iki il əvvəl başladığını açıqlayıblar. Həmçinin 2020-ci ildəki enişin əslində 2019-cu ildən başladığı müəyyən edilib.
Araşdırmanın müəlliflərindən Dr. Uilyam Şonberq, “Biz temperaturun müxtəlif dövrlərdə düşdüyünü inkar etmirik. Lakin insan fəaliyyətinin bunun əsas səbəbi olduğu ilə bağlı dəqiq fikir söyləmək biraz qeyri-real olar” deyib. Alimlər, insanların nəzəri olaraq Ayın mühitinə təsir göstərə biləcəyini qeyd etsələr də, bunun o qədər kiçik təsir olduğunu və mövcud alətlərlə ölçülməsinin mümkün olmadığını vurğulayıblar.
Ayxan