Başlıq: Krasnoyarsk məktəbliləri sinfə girən bayquşa yardım etdilər
Krasnoyarskda bir məktəbdə şagirdlər təsadüfən sinfə daxil olan bayquşu xilas ediblər.
32gun.az bildirir ki, hadisənin görüntüləri "Koroche, Krasnoyarsk" adlı Telegram kanalında paylaşılıb.
Bayquş açıq pəncərədən içəri girib və əvvəlcə müəllim masasının üstünə qonub. Daha sonra küçəyə çıxmağa çalışarkən pəncərəyə yaxınlaşıb və şüşəyə çırpılıb. Şagirdlərdən biri pəncərəni açıb, digər şagird isə bayquşu ehtiyatla yönləndirərək onu bayıra buraxıb.
Oxşar hadisə ABŞ-ın Virciniya ştatında da qeydə alınıb. Yerli sakinlərdən biri Yeni il yolkasının təpəsində oturan bir bayquşu aşkar edib. Bayquş, yolkanın üstündəki ulduzu yıxaraq özünə yer açıb.
Ayxan