DİGƏR ÖZ XƏBƏR

COVID-19-dan ölüm riskini artıran xəstəliklər AÇIQLANDI

London Universitet Kolleci (UCL) və Qlazqo Universitetinin alimləri nadir xəstəliklər, sonsuzluq və böyrək xəstəlikləri olan insanların COVID-19-dan sonra ölüm riskinin artdığını aşkar ediblər.

32gun.az xəbər verir ki Tədqiqatın nəticələri The Lancet Digital Health jurnalında dərc olunub. 

Tədqiqatçılar nadir xəstəliklərin yayılmasını və onlarla əlaqəli riskləri öyrənmək üçün geniş miqyaslı elektron sağlamlıq qeydlərindən istifadə ediblər. Ümumilikdə 58 milyon insanın məlumatları təhlil edilib.

Alimlər aşkar ediblər ki, nadir xəstəlikləri olan insanların COVID-19-dan ölmə riski ümumi əhaliyə nisbətən təxminən beş dəfə yüksəkdir. Qeyd olunur ki, hətta tam peyvənd olunmuş şəxslərdə də həyat riski qalır.

Bundan əlavə, elm adamları ümumi patologiyalar ilə COVID-19-dan əziyyət çəkdikdən sonra ölüm ehtimalı arasındakı əlaqəni təhlil etdilər. Bu riski ən çox artıran xəstəliklər arasında sonsuzluq və böyrək xəstəlikləri var.

Ayxan 

Oxşar Xəbərlər