DÜNYA ÖZ XƏBƏR

HƏMAS ilə razılaşmanın iflasa uğraması ilə bağlı İDF “ən yüksək həyəcan siqnalı” vəziyyətinə gətirilib

HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasına əsasən girovların təhvil verilməsini təxirə salmaq qərarından sonra İDF “ən yüksək hazırlıq” vəziyyətinə gətirilib.

32gun.az bildirir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

O, həmçinin razılaşmaları ilk dəfə pozanın HƏMAS olduğunu deyib və İsrailin “7 oktyabrda reallığa qayıtmayacağı” barədə xəbərdarlıq edib.

“Mən İsrail ordusuna Qəzza zolağında baş verə biləcək hər hansı bir ssenariyə qarşı yüksək hazırlıq vəziyyətinə keçməyi və sərhəddəki yaşayış məntəqələrini qorumağı əmr etdim”, - “The Times of Israel” onun sözlərindən sitat gətirib.

Ayxan 

Oxşar Xəbərlər