İDMAN ÖZ XƏBƏR

TFF Arbitraj Şurası "Qalatasaray"ın əcnəbi hakimlərə etirazını rədd edib

Türkiyə Futbol Federasiyasının ( TFF ) Arbitraj Şurası "Qalatasaray "ın "Fənərbağça" ilə derbiyə əcnəbi hakim təyin edilməsinə etirazını rədd edib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF-dən verilən açıqlamada, Super Liqanın 25-ci həftəsində 24 Fevral bazar ertəsi keçiriləcək derbi üçün sloveniyalı hakim Slavko Vinciçin təyin edilməsi ilə bağlı sarı-qırmızılı klubun TFF Arbitraj Şurasına "icranın dayandırılmasını tələb edən" müraciətinin araşdırıldığı bildirilib .

Açıqlamada, federasiyanın verdiyi qərarın qanunsuzluq baxımından araşdırıldığı; Prosedur, prinsip və göstərişlərə zidd hər hansı cəhətin olmadığı başa düşüldüyündən etirazın yekdilliklə rədd edildiyi qeyd edilib.

Ayxan 

Oxşar Xəbərlər