Sankt-Peterburq SKA- nın rusiyalı hücumçusu Yevgeni Kuznetsov Kontinental Xokkey Liqasının (KHL) adi mövsümündə Kunlun Red Star ilə qarşılaşmada beyin silkəsi alıb.
32gun.az bildirir ki, bu barədə Match TV xəbər verib.
Qarşılaşma fevralın 22-də baş tutub. Kuznetsov "Kunlun" xokkeyçisi Ostin Von başı ilə onun başına zərbə vurması nəticəsində beyin sarsıntısı keçirib.
“Məlum oldu ki, beyin sarsıntısından çətinliklə sağalmış Kuznetsov növbəti dəfə beyin sarsıntısı alıb, bu mövsüm ikincisi olub. Bu elə ölümcül zədədir ki... Rəqiblər onunla sərt oynadılar. Ertəsi gün Yevgeni özünü daha pis hiss edib və o, həm də kəskin respirator virus infeksiyasına yoluxub”, - vəziyyətlə tanış olan mənbə bildirib.
Bu sarsıntı Kuznetsovun cari mövsümdə ikinci sarsıntısı olub.
Fevralın 27-də jurnalist Artur Xayrullin yazıb ki, Kuznetsov çox güman ki, daha SKA-da oynamayacaq. Xokkeyçinin agenti Şumi Babayev bu məlumatı dedi-qodu adlandırıb və sonradan klub özü bildirib ki, xokkeyçi ilə müqaviləni ləğv etməyi planlaşdırmır. Fevralın 28-də klub xokkeyçini zədəlilər siyahısına əlavə edib.
Bu mövsüm 32 yaşlı Kuznetsov SKA-nın heyətində 38 oyunda 37 xal (12+25) toplayıb.
Kontinental Xokkey Liqasının (KHL) Qərb Konfransının turnir cədvəlində SKA 60 oyundan sonra 71 xalla yeddinci yerdədir. Fevralın 27-də Roman Rotenberqin yetirmələri Moskva “Dinamo”suna 0:1 hesabı ilə uduzaraq ardıcıl 3-cü görüşdə məğlub olublar. Yeganə qolu kanadalı Maks Komtua vurub.
Ayxan