ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşündə onlar Rusiya ilə münaqişənin həlli üçün əsasları və altı aylıq atəşkəs rejimini müzakirə edəcəklər.
32gun.az bildirir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
“Hazırda biz ukraynalılarla Ər-Riyadda və ya hətta Ciddədə potensial olaraq görüşün əlaqələndirilməsi imkanını müzakirə edirik. İdeya sülh sazişi, eləcə də əlavə altı aylıq atəşkəs üçün zəmin yaratmaqdır”, - Vitkoff bildirib.
Martın 6-da Bloomberg agentliyi xəbər verib ki, ABŞ prezidenti Donald Tramp Ukraynadan resursların inkişaf etdirilməsi ilə bağlı saziş imzalamaq imkanı müqabilində atəşkəslə razılaşmağı tələb edir.
Nilay
****
-->