Moskva ÇSKA-nın sabiq müdafiəçisi Vladimir Ponomaryev komandanın oyun intizamının arzuolunan səviyyədə olmadığını bildirib.
32gun.az bildirir ki, bu barədə Vprognoze.ru məlumat yayıb.
Ponomaryevin sözlərinə görə, komandanın müdafiəsi hər zaman yaxşı olub, lakin oyun intizamında problemlər mövcuddur. O, yarımmüdafiə xəttinin normal vəziyyətdə olduğunu, hücumda isə yaxşı formaya yaxınlaşdıqlarını qeyd edib.
Rusiya Premyer Liqasının 21-ci turundan sonra turnir cədvəlinə 46 xalla Krasnodar başçılıq edir. İlk üçlükdə Moskva Spartak və Sankt-Peterburq Zenit komandaları yer alır — hər iki komandanın 43 xalı var. Dördüncü sırada 40 xalla Moskva Lokomotiv qərarlaşıb. Beşinci pillədə Moskva Dinamo (38 xal), altıncı yerdə isə 37 xalla ÇSKA qərarlaşıb.
22-ci turda Krasnodar Fakel ilə, Zenit Rubin ilə, Spartak isə Axmat ilə qarşılaşacaq. ÇSKA Mahaçqala Dinamo-su ilə, Moskva Dinamo Orenburq ilə, Lokomotiv isə Krylya Sovetov ilə oynayacaq.
Ayxan