İDMAN ÖZ XƏBƏR

Onun iki forması hərraca çıxarılacaq

Aleksandr Oveçkinin yubiley sviterləri hərraca çıxarılacaq

NHL-in "Vaşinqton Kapitals" klubunda çıxış edən rusiyalı hücumçu Aleksandr Oveçkinin iki sviteri Heritage Auctions hərrac evində satışa çıxarılacaq.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sviterlər Oveçkinin NHL-də 300-cü və 400-cü qolunu vurduğu oyunlarda geyindiyi formalar olacaq. Oveçkin 300-cü qolunu 2011-ci ildə Toronto Meypl Lifs-ə qarşı, 400-cü qolunu isə 2014-cü ildə Karolina Hərikeynz-ə qarşı vurub. Hərracda bu lotların ilkin qiymətinin 50 min dollar olması gözlənilir.

26 martda Vaşinqton Kapitals səfərdə Vinnipeq Jets-ə 2:3 hesabı ilə uduzub. Qonaqların heyətində qollardan birini Oveçkin vurub.

Bu qol rusiyalı forvard üçün NHL-in müntəzəm mövsümlərində 889-cu qol olub. Oveçkin bu nəticə ilə Qretskinin rekordu üçün daha bir addım atıb. Hazırda Vaşinqtonun kapitanının Qretskinin rekordunu təkrarlaması üçün 5, onu keçərək NHL-in tarixində ən çox qol vuran oyunçu olması üçün isə 6 qol vurması lazımdır.

NHL Oveçkinin rekordu qıracağı ehtimal edilən tarixi də yeniləyib. Onun orta hesabla hər oyunda 0,66 qol vurduğunu nəzərə alaraq, tarixin 16 aprelə təsadüf edəcəyi və həmin gün Kapitals-ın Aylanders-lə qarşılaşacağı bildirilir.

Nilay 

Oxşar Xəbərlər