Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançıları üçün 2026-cı il Qış Olimpiya Oyunlarına bilet məsələsini müzakirə edir
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı il Qış Olimpiya Oyunlarına Rusiya idmançılarının buraxılması məsələsini müzakirə etmək üçün qış idman növləri federasiyaları ilə danışıqlara başladığını bildirib.
32gun.az bildirir ki, BOK-un idman direktoru Kit Makkonnell bu barədə TASS agentliyinə açıqlama verib.
“İdmançılar öz dövlətlərinin hərəkətlərinə görə cəzalandırılmamalıdırlar və biz əvvəlki mövqeyimizi saxlayırıq. Biz bunu qış federasiyalarına izah edirik və yay federasiyalarının təcrübəsi barədə danışırıq” – deyə Makkonnell bildirib.
Rusiya skialpinistləri və buz idmanları üzrə idmançılar seçmə yarışlarında məhdud iştirak imkanı əldə ediblər. Beynəlxalq Buzxizəkçilər İttifaqı rusiyalıların 2026-cı il Qış Olimpiya Oyunlarına seçmə turnirlərində neytral statusla iştirakına icazə verib.
2026-cı il Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina-d'Ampecco şəhərlərində keçiriləcək.
Nilay