DÜNYA ÖZ XƏBƏR

Yeniyetmələr həmyaşıdlarını döyüb güllələyiblər, daha sonra...

Rusiyada İjevskdə bir qrup məktəbli 16 yaşlı oğlana 24 saat ərzində işgəncə verib və onu şvabra ilə cinsi zorakılığa məruz qoyub.

32gun.az bildirir ki, bu barədə "Осторожно, новости" Telegram kanalı məlumat yayıb.

Hadisə 3-dən 4-aprelə keçən gecə baş verib. Altı məktəbli bir neçə saat ərzində eyni yaşdakı oğlana işgəncə verib, onu kəmərlə və çəkiclə dizinə vuraraq döyüblər. Oğlanın dizində implant olduğu üçün bu zərbələr ona çox böyük ağrı verib. Hücumçular, həmçinin, ona pnevmatik silahdan yaxın məsafədən atəş açıb, onu soyunmağa məcbur edərək hər şeyi videoya çəkiblər. Onlar oğlanı anasına zəng edərək onlardan pul istəməyə məcbur ediblər. Səs-küyə qonşular reaksiya verərək polis çağırıblar.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, məktəblilər oğlanı şvabra ilə cinsi zorakılığa məruz qoyub və onun saçlarını kəsiblər. Oğlanın bədənində təxminən 100 hematoma qeydə alınıb və hazırda orta ağır vəziyyətdədir.

Üç şübhəli məktəbli saxlanılıb. Onlara qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi açılıb. Polis ilə əlaqə zamanı şagirdlər öz hərəkətlərini "zövq üçün" videoya aldıqlarını etiraf ediblər.

Nilay 

Oxşar Xəbərlər