DİGƏR ÖZ XƏBƏR

Qadına köçürülmüş genetik dəyişdirilmiş donuz böyrəyi 130 gün fəaliyyət göstərib

ABŞ-da qadına köçürülmüş genetik dəyişdirilmiş donuz böyrəyi 130 gün fəaliyyət göstərib

Nyu-York Universitetinin Langone Health Tibb Mərkəzində müalicə alan Tovana Luni adlı xəstəyə köçürülmüş genetik dəyişdirilmiş donuz böyrəyi 130 gün fəaliyyət göstərib.

32gun.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli İctimai Radiosunun (NPR) məlumat verib.

Bu belə bir orqanın insan orqanizmində ən uzun müddət işləməsi kimi tarixə düşüb.

Böyrək 4 aprel tarixində orqanizmin onu qəbul etməməsi səbəbilə çıxarılıb. Lunin xəstəliyinə görə immunosupressiv dərmanların dozası azaldılıb ki, bu da orqanizmin transplantata reaksiya verməsinə səbəb olub.

Luni və onun həkimi, professor Robert Montqomeri bildirib ki, donuz böyrəyi 130 gün ərzində funksional olub. Hazırda pasiyent əvvəlki kimi dializ müalicəsinə davam edir.

Qeyd edək ki, bu ilin mart ayında Çində 69 yaşlı qadına uğurla genetik redaktə olunmuş donuz böyrəyi köçürülüb.

Ayxan 

Oxşar Xəbərlər