DÜNYA ÖZ XƏBƏR

Köhnə dostunu beyzbol bitası ile ölümcül hala saldı

Rusiyada Vorojejin Çebışev küçəsindəki yaşayış binalarından birinin blokunda ağır xəsarətlər almış şəxs aşkarlanıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət polisi məlumat yayıb.

Ağır kəllə-beyin travması alan 28 yaşlı yerli sakin xəstəxanaya yerləşdirilib. O, hadisənin tanışı tərəfindən törədildiyini bildirib. Məlum olub ki, onlar uzun müddətdir düşmənçilik ediblər. Həmin gün 36 yaşlı kişi onu blokda gözləyərək beysbol bitası ilə baş nahiyəsinə bir neçə zərbə endirib.

Polis təcavüzkarı müşahidə kameraları vasitəsilə müəyyən edib və onu yaşadığı ünvanda saxlayıb. Şübhəli şəxs günahını etiraf edib və hal-hazırda həbsdədir. Ona qarşı “qəsdən ağır bədən xəsarəti yetirmə” maddəsi ilə cinayət işi açılıb. Bu maddə üzrə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ayxan 

Oxşar Xəbərlər