Rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Maqomed İsmayılov portativ şarj cihazının partlaması nəticəsində xəsarət alıb. Onun sözlərinə görə, hadisə yatarkən baş verib.
32gun.az bildirir ki, İsmayılov “Instagram” sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
yorğanı alovlananda oyandığını bildirib. O, başında yaralar və kiçik yanıq aşkarlayıb.
Döyüşçü "zaryadka partladı, təsəvvür edirsən? Gözümü açıram, hər şey yanır. Güzgüyə baxıram, bütün üzüm qan içində. Yanğını yorğanla söndürdüm, üzümü yudum" deyə paylaşım edib.
Maqomed İsmayılovun 38 yaşı var. 2020-ci ildə o, tanınmış promouterlik şirkətinə görə "İlin döyüşçüsü" adını qazanıb.
2024-cü ildə idmançı nifrət və ya düşmənçiliyin salınması və insan ləyaqətinin alçaldılması maddəsi ilə cərimələnib. İş o, polisin işi ilə bağlı neqativ ifadələrlə video yayımladıqdan sonra açılıb.