NHL-in “Vaşinqton Kapitals” klubunun kapitanı Aleksandr Oveçkinin debüt mövsümünə (2005/2006) aid avtoqrafla imzalanmış qızıl kolleksiya kartı hərracda 381 min dollara satılıb.
32gun.az bildirir ki, bu barədə Collectorclub sosial şəbəkə hesabında məlumat verib.
Kolleksiyaçılar kartı keyfiyyət və nadirliyinə görə 10 üzərindən 8 balla qiymətləndiriblər. Sözügedən məbləğ həm Oveçkinin əvvəlki kart rekordunu (182,4 min dollar), həm də müasir xokkeyçilər arasında satış rekordunu yeniləyib. Bu, tarixdə ən bahalı üçüncü kart satışıdır.
İdman meydanında da Oveçkin möhtəşəm çıxışını davam etdirir. 22 aprel gecəsi keçirilən Stenli Kubokunun ilk raundunun ilk oyununda o, “Monreal Kanadiens”ə qarşı dubl edib (3:2, əlavə vaxt). Beləliklə, onun NHL-də ümumi qollarının sayı (pley-off daxil) 971-ə çatıb. Bu göstəricidə lider olan kanadalı Ueyn Qretskinin aktivində isə 1016 qol var.
Növbəti oyun 24 aprel tarixində Moskva vaxtı ilə saat 02:00-da keçiriləcək.
Ayxan