Yeni araşdırma: Finikiya mədəniyyəti kütləvi köçlə deyil, mədəni assimilasiya ilə yayılıb
Beynəlxalq alimlər qrupu qədim Finikiyalıların və Kartacalılara (karfagenlilər) aid DNT-ləri təhlil edərək onların mədəniyyətinin yayılması ilə bağlı maraqlı nəticələr əldə edib.
32gun.az bildirir ki, Nature elmi jurnalında dərc olunan araşdırmaya görə, Finikiya mədəniyyətinin yayılması kütləvi köçlərlə deyil, ticarət, mədəniyyət mübadiləsi və assimilyasiya ilə baş verib.
Finikiya mədəniyyəti Tunisdəki qədim Kartaca da daxil olmaqla, Levantda yerləşən şəhər-dövlətlərdə meydana gəlib və ilk əlifbanın yaradılması kimi əlamətdar ixtiralarla tanınıb. Eramızdan əvvəl I minilliyin əvvəlində Finikiya şəhərləri Aralıq dənizinin mərkəzi və qərb hissələrinə qədər uzanan geniş dəniz ticarət şəbəkəsi quraraq dinlərini, dillərini və mədəniyyətlərini yaymağa başlamışdılar.
Tədqiqatda 14 arxeoloji məskəndən tapılan qalıqlar üzərində genetik analiz aparılıb. Nəticələr göstərib ki, bu ərazilərdəki əhali genetik baxımdan müxtəlif olub – əsasən müasir Siciliya və Egey adalarının sakinlərinə yaxın olan insanlardan ibarət olub. Eyni zamanda əhəmiyyətli sayda Şimali Afrikalı genetik izlərinə də rast gəlinib.
Beləliklə, tədqiqat Finikiyalıların köç edərək koloniyalar qurduqları fikrini təkzib edir. Əslində Levant bölgəsindən gələn finikiyalıların genetik töhfəsi çox az olub. Mədəniyyət isə ticarət, qarışıq nikahlar və sülh yolu ilə mədəni təsir vasitəsilə yayılıb. Kartaca isə müxtəlif Aralıq dənizi xalqlarının bir araya gəldiyi mədəni ərimə nöqtəsinə çevrilib.
Ayxan