DÜNYA ÖZ XƏBƏR

BMT maliyyə çatışmazlığı səbəbindən Ukraynada məcburi köçkün proqramlarını kəsəcək

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynada Daxili Qaçqınlar üçün Dəstək Proqramlarını Məhdudlaşdırır

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) cümə günü Ukraynadakı daxili qaçqınlar üçün dəstək proqramlarını məhdudlaşdırmaq məcburiyyətində qaldığını açıqlayıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi beynəlxalq maliyyələşmənin kəskin azalması, o cümlədən ABŞ-ın yardımlarının dayandırılmasıdır.

QAK-nin Ukraynadakı nümayəndəsi Karolina Lindholm Billiq bildirib ki, ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilən bir sıra vacib təşəbbüslər dayandırılıb. Bu təşəbbüslər arasında psixososial yardım, təcili mənzil təminatı və evlərini tərk etmək məcburiyyətində qalan insanlara maliyyə dəstəyi var.

Billiq, 2023-cü ildə ABŞ-ın maliyyələşməsinin QAK-nın büdcəsinin təxminən 40%-ni təşkil etdiyini bildirib. O, həmçinin digər tərəfdaşlardan gələn maliyyə vəsaitlərinin azalmasının da təşkilatın fəaliyyətinə təsir etdiyini qeyd edib.

Maliyyələşmənin məhdud olması səbəbindən, təşkilat yalnız ən həssas daxili qaçqınlara yardım göstərə biləcəyini açıqlayıb. Hazırda Ukraynanın müxtəlif bölgələrindən 8,2 milyon insanın müharibədən təsirləndiyi bildirilir.

Ayxan 

Oxşar Xəbərlər