DİGƏR ÖZ XƏBƏR

Sağlam insan gündə 300–500 qram kabab yeyə bilər

Rusiyalı tibb eksperti, tibb elmləri namizədi Andrey Martyuşev-Poklad bildirib ki, sağlam insan üçün gündəlik təhlükəsiz kabab miqdarı 300–500 qram arasında dəyişir.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Onun sözlərinə görə, əgər həzm sistemi ilə bağlı problem yoxdursa, bu miqdarda ət istehlakı orqanizm üçün zərərli deyil.

Ekspert qeyd edib ki, hələ XX əsrin əvvəllərində orduya verilən ət payı gündə 1 funt, yəni təxminən 400 qram idi. Lakin həzm problemləri olanlara 100–150 qramla kifayətlənmək, ümumilikdə isə gün ərzində 200–300 qramı keçməmək tövsiyə olunur. Belə hallarda qalan porsiyanı 4–5 saat sonra qəbul etmək daha məqsədəuyğundur.

Martyuşev-Poklad əlavə edib ki, qızardılmış ətin gündəlik təhlükəsiz miqdarı mədənin və mədəaltı vəzin vəziyyətindən, eləcə də insanın ümumi rasionundan asılıdır. Əgər orqanizmdə kifayət qədər mədə şirəsi ifraz olunursa və öd axını ilə bağlı problem yoxdursa, 200–300 qram kabab qəbul edilə bilər.

Həkim eyni zamanda bildirib ki, qızardılmış ət ağır yemək olduğundan, saat 18:00–19:00-dan sonra yeyilməsi tövsiyə olunmur.

Qeyd edək ki, bir gün öncə dietoloq Nuriya Dianova da açıqlama verərək may bayramları zamanı kabab bişirən rusiyalılara bitki mənşəli ətə üstünlük verməyi tövsiyə edib. O bildirib ki, bu alternativ həm dadlı, həm də sağlamlıq baxımından daha faydalıdır.

Nilay 

Oxşar Xəbərlər