İDMAN ÖZ XƏBƏR

Futbolcunun gündəm olan sonuncu qol sevincinə RPL rəsmi münasibət bildirib

Rusiya Premyer Liqasının (RPL) mətbuat xidməti Tolyaıtinin "Akron" klubunun hücumçusu Artyom Dzyubanın növbəti qoluna münasibət bildirib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bəyanat rəsmi RPL-in rəsmi telegram kanalında yayımlanıb. 

Qurum futbolçunun yeni rekordunun dayanmaq üçün səbəb olmadığını vurğulayıb.

“Rekord — dayanmaq üçün səbəb deyil. Artyom Dzyuba ardıcıl dörd oyunda qol vurub, bu qollardan ikisi qalibiyyət qazandıran olub”, — deyə paylaşımda qeyd olunub.

Dzyuba sonuncu dəfə RPL çərçivəsində Mahaçqalanın “Dinamo” klubuna qarşı keçirilən oyunda fərqlənib. Matç “Akron”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

19 aprel tarixində isə Dzyuba Moskvanın “Spartak”ına qarşı oyunun 23-cü dəqiqəsində penalti zərbəsi ilə hesabı açıb. Qoldan sonra o, kameralara üzərində "Bax — los idi, 266. Oldu — şir, 267" sözləri yazılmış xüsusi futbolka göstərib.

Bu futbolka, Dzyubanın RPL tarixində “qol+assist” göstəricisinə görə Dmitri Loskovun rekordunu (265 xal: 120 qol + 145 assist) geridə qoymasına istinad edir. Dzyuba ötən tur “Fakel”ə qarşı oyunda bu rekordu qıraraq 266-cı xalını toplamışdı (166 qol + 100 assist). Hazırda onun hesabında 267 xal var. Bu statistika Transfermarkt portalı tərəfindən təqdim olunub.

Ayxan 

Oxşar Xəbərlər