İDMAN ÖZ XƏBƏR

Əfsanəvi qapıçı Anton Şunin karyerasını bitirdi

Moskva “Dinamo”sunun sabiq qapıçısı Anton Şunin futbolçu karyerasını başa vurub.

32gun.az bildirir ki, bu barədə Çempionat portalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Şunin qışda Kiprin “Apollon” klubu ilə danışıqlar aparsa da, sonda Kiprə köçməkdən imtina edib və biznes layihələrinə diqqət yetirməyi qərara alıb.

“Dinamo” rəhbərliyi qapıçı ilə müqaviləni uzatmayıb. Müqavilə 30 iyun 2024-cü ildə başa çatmışdı. KİV-də yayılan məlumatlara görə, Moskva ətrafının “Ximki” klubu təcrübəli qapıçını transfer etməyə hazır idi.

37 yaşlı qapıçı “Dinamo”nun yetirməsidir və klubda 2007-ci ildən çıxış edirdi. Bu müddət ərzində o, “ağ-göylər”in heyətində 366 oyuna çıxıb və bu göstərici ilə klubun rekordçusudur. 125 matçda isə Şunin qapısını toxunulmaz saxlayıb.

Ayxan 

Oxşar Xəbərlər