Vladivostokun “Dinamo” basketbol klubunun prezidenti Eduard Sandler həmşəhərlərinin eyniadlı futbol klubunun oyunçusu Anton Muxinlə hamamda dalaşdığına görə peşman olmadığını bildirib.
32gun.az bu barədə Rusiyanın “Çempionat” nəşri məlumat yayıb.
Sandler deyib: “Axı biz sosial varlıqlarıq. Azacıq heyvanıq, sürü instinktimiz var. O da aqressiv meymunla qarşılaşdı, mən də göstərdim nədir bu, bu, bu və bu”.
O əlavə edib ki, Muxini yumruqlamayıb: “Mənim üçün utanılası heç nə yoxdur. Mənimlə çox sayda gənc və yetkin oğlan ünsiyyətdə olur. Heç biri deməz ki, mən düzgün kişi dəyərlərini təbliğ etmirəm”.
Hadisə ilə bağlı məlumatlar 9 aprel tarixində mətbuata düşüb. Futbolçu xəstəxanaya yerləşdirilib və Sandlerə qarşı polisə şikayət ərizəsi yazıb. Qeyd edək ki, Sandler əvvəllər də məhkum olunub — “Spartak-Primorye” basketbol klubunun büdcə vəsaitlərindən təyinatdan kənar istifadəyə görə iki il ümumi rejimli koloniyada cəza alıb. O, 2017-ci ilin oktyabrında şərti olaraq azadlığa buraxılmışdı.
Ayxan