DİGƏR ÖZ XƏBƏR

Alkoqolun sosial içilməsi tək içməkdən daha təhlükəlidir - ALİMLƏRDƏN YENİ ARAŞDIRMA

Amerikalı alimlər alkoqolizmlə bağlı yayılmış stereotipi alt-üst ediblər. İllinoys və Vaşinqton universitetlərinin mütəxəssisləri tərəfindən aparılan araşdırma göstərib ki, alkoqolun sosial şəraitdə – yəni dostlarla və tanışlarla birlikdə qəbul edilməsi – tək içməkdən daha ciddi nəticələrə səbəb olur.

32gun.az bildirir ki, Current Directions in Psychological Science jurnalında dərc olunan araşdırmaya görə, insanlar əksər hallarda məhz sosial mühitdə daha çox alkoqol qəbul edirlər. Bu isə yol-nəqliyyat hadisələri, zorakılıq, riskli cinsi davranış və digər təhlükəli situasiyalarla nəticələnir.

Tədqiqatçılar bildirirlər ki, gənclər bu baxımdan daha həssas qrup hesab olunurlar, çünki onların alkoqolla ilk tanışlığı adətən yaşıdlarının əhatəsində baş verir. Alkoqol qəbul edən şəxslər isə özlərinə bənzər sosial çevrə formalaşdıraraq bu davranışın davamlılığını təmin edirlər.

Alimlər qeyd edirlər ki, alkoqol sosial narahatlığı azaltdığı və insanları rahatlaşdırdığı üçün bir çoxları onu əyləncə zamanı üstün tutur. Lakin bu "müsbət" təsirin arxasında asılılıq riski dayanır. Araşdırmaya görə, sosial içkidən daha çox zövq alan insanlar alkoqolizmlə üzləşməyə daha meyilli olurlar.

Nilay 

Oxşar Xəbərlər