Məşhur AnTuTu bençmarkının tərtibatçıları Android smartfon istifadəçilərinin aprel ayı məmnunluq reytinqini dərc ediblər.
32gun.az bildirir ki, Ayın ən reytinqli smartfonu Huawei nova 12 Ultra olub - istifadəçilərin 99,46%-i ondan razı qalıb. Daha sonra Honor Magic 7 RSR Porsche Design (99,33%) və Huawei Mate 70 Pro+ (98,77%) gəlir.
Dördüncü yerdə Huawei Mate 70 RS Ultimate Design (97,14%), beşinci yerdə isə 96,36% müsbət rəy alan Xiaomi 15 Ultra qərarlaşıb.
Altıncı yeri flaqman Oppo Find X8 Ultra (96,19%), yeddinci Huawei Pura 70 Pro+ (96,15%), səkkizinci isə ötənilki Samsung Galaxy S24+ (94,23%) olub.
Seçim istifadəçilərin 93,73%-nin razı olduğu Meizu 21 Pro və 93,65% müsbət rəy toplayan qatlana bilən Vivo X Fold3 Pro ilə tamamlanır.
AnTuTu vurğuladı ki, seçim cihazların texniki xüsusiyyətlərinə deyil, istifadəçi rəylərinə əsaslanır. Beş ulduzlu reytinqlər nə qədər müsbət olarsa, smartfonun reytinqi də bir o qədər yüksəkdir. Aprel ayında Huawei Mate 70 Pro+ ən yaxşı cihaz seçilib.
Nilay