Rusiyalı televiziya aparıcısı Dana Borisova bilbildirib ki, hazırda münasibətdə olduğu sevgilisi Kirillin dünyanın müxtəlif ölkələrində dörd arvadı və beş uşağı var.
32gun.az xəbər verir ki, aparıcı "Voice” nəşrinə verdiyi müsahibədə deyib.
Borisovanın sözlərinə görə, Kirill bu barədə ona münasibətlərinin əvvəlində açıq şəkildə məlumat verib və bütün ailə üzvlərinə maddi dəstək göstərir.
“Onun bütün arvadları yaxşı şəraitdə yaşayır, o, hər biri ilə əlaqə saxlayır. Mənim yanımda qızı ilə danışırdı, diqqətlə dinləyirdi, heç vaxt ‘zəng edərəm, indi məşğulam’ kimi sözlər demədi”, – deyə Borisova bildirib.
Televiziya ulduzu bu münasibətləri “qonaq nikahı” adlandıraraq belə bir formatın onun üçün ideal olduğunu vurğulayıb: “Mən özümə yetən insanam. Tək olanda, qızımla birlikdə olanda özümü çox yaxşı hiss edirəm. Bizim aramızda tam anlayış var.”
Məlumata görə, Kirill sahibkardır, Kamçatkada doğulsa da, hazırda İngiltərədə yaşayır.
Xatırladaq ki, Dana Borisova daha əvvəl iki dəfə ailəli olub. Onun ilk əri iş adamı Maksim Aksenov olub və bu nikahdan qızı Polina dünyaya gəlib. 2015-ci ildə isə o, sahibkar Andrey Troşçenko ilə evlənib, lakin cütlük təxminən bir il sonra boşanıb.
Nilay