İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində yerləşən Avropa xəstəxanasının altındakı yeraltı qərargaha hava zərbələri endirib.
32gun.az bu barədə İsrail dövlət televiziyası Kan öz mənbələrinə istinadən xəbər verib.
Hücumun əsas hədəfi radikal HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Mühəmməd Sinvar olub. Lakin Kan telekanalı bildirir ki, hələlik Sinvarın zərbə nəticəsində zərərsizləşdirildiyinə dair dəqiq məlumat yoxdur.
İsrail ordusunun mətbuat xidməti daha əvvəl həmin xəstəxananın altında yerləşən yeraltı qərargahda olan HƏMAS döyüşçülərinə qarşı hücumlar barədə məlumat yaymışdı.
Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, yaxın günlərdə ÇAXAL Qəzza zolağına “bütün gücü ilə” daxil olacaq və Fələstin hərəkatı HƏMAS-ı tamamilə məhv edəcək.
Xatırladaq ki, dünən İsrail Baş nazirinin Aparatından müşavir Dmitri Hendelman ölkə rəhbərliyinin Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməyi nəzərdən keçirdiyini açıqlayıb.
Nilay