İDMAN ÖZ XƏBƏR

Finlandiya Sloveniya üzərində qələbə qazandı - 9:1 hesablı

Finlandiyanın buz xokkeyi üzrə millisinin Sloveniya komandasına qarşı dünya çempionatının qrup mərhələsində keçirdiyi görüş 9:1 hesabı ilə başa çatıb.

32gun.az xəbər verir ki, Finlandiya yığmasının heyətində dörd qolu Eeli Tolvanen vurub. Mikko Lehtonen iki dəfə fərqlənib, digər qolları Vili Saariyarvi, Lenni Hämeenaho və Nikolas Matinpalo qeydiyyata alıblar. Sloveniya millisinin yeganə qolunun müəllifi Bine Masiç olub.

Hər iki komanda A qrupunda çıxış edir. Bu qələbədən sonra Finlandiya xalını səkkizə çatdıraraq üçüncü pilləyə yüksəlib. Sloveniya isə dörd oyundan sonra yeddi xalla dördüncü yerdə qərarlaşıb.

Finlandiya növbəti oyununu 17 mayda Latviya ilə keçirəcək — matç saat 13:20-də (Moskva vaxtı ilə) başlayacaq. Sloveniya isə 16 mayda saat 21:20-də İsveçlə qarşılaşacaq.

Xatırladaq ki, Beynəlxalq Xokkey Federasiyası (IIHF) 4 fevralda Rusiya millisinin iştirak qadağasını uzadıb. Bu səbəbdən Rusiya komandası 2025 və 2026-cı illərdə dünya çempionatlarında, eləcə də 2026-cı ilin gənclər arasında dünya birinciliyində iştirak etməyəcək. Milli komandanın 2026-cı ilin Qış Olimpiya Oyunlarına buraxılıb-buraxılmaması barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verəcək.

Ayxan 

Oxşar Xəbərlər