DÜNYA ÖZ XƏBƏR

Kriminal avtoritet saxlanılıb

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda şübhəli bilinən kriminal avtoriteti saxlayıblar.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 39 yaşlı Tsunadinski rayonu sakini barəsində Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi üzrə (cinayət iyerarxiyasında ali mövqe tutmaq) cinayət işi açılıb.

İstintaq müəyyən edib ki, o, daha əvvəl ağır cinayətlərə görə məhkum olunub və Dağıstan koloniyalarında cəza çəkib. 2020–2021-ci illərdə həmin şəxsin məhkumlar arasında cinayət iyerarxiyasında yüksək mövqeyə sahib olduğu, digər məhkumlara təsir göstərdiyi və kriminal ənənələri dəstəklədiyi bildirilir.

Ayxan

Oxşar Xəbərlər