Kurganda azyaşlı bacı-qardaş yanğından xilas edilib
Kurgan şəhərində FHN əməkdaşları yanğın baş verən mənzildən azyaşlı bacı və qardaşı xilas ediblər.
32gun.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
Hadisə çoxmərtəbəli binalardan birində baş verib. Mənzildə 10 yaşlı qız və onun bir yaşlı qardaşı olub. Qız plitədə yemək isitməyə çalışıb, nəticədə qızmış plitənin yaxınlığındakı pərdə alışaraq yanmağa başlayıb. Məktəbli bacı qardaşını qucağına alaraq eyvana qaçıb və kömək üçün qışqırmağa başlayıb.
Hadisə yerinə operativ xidmətlər cəlb olunub. FHN-in məlumatına görə, xilasedicilər uşaqları xilasetmə avadanlıqları ilə eyvandan çıxarıblar, daha sonra onlara giriş qapısından çıxmağa kömək ediblər. Hazırda uşaqların həyatına və sağlamlığına təhlükə yoxdur.
Yanğın ümumilikdə 3 kvadratmetrlik sahəni əhatə edib. Heç kim xəsarət almayıb.
Xatırladaq ki, bundan əvvəl Omskda ana mağazaya getdiyi vaxt evdə tək qalan uşaqlar yanğına səbəb olmuşdu. İki yaşlı uşaq elektrik çaydanını rozetkaya qoşaraq alovu törətmişdi. Uşaqlara tibbi yardım göstərilmiş, onların həyatına təhlükə olmadığı bildirilmişdi. Qeyd olunur ki, ananın valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə dəfələrlə məsuliyyətə cəlb olunduğu məlumdur.
Ayaz