Deqtyarsk şəhərinin sakini sevgilisini 1 milyon rubl məbləğində aldadaraq soyub və istintaq gedərkən qaçıb.
32gun.az xəbər verir ki, bu barədə regionun Məhkəmələr üzrə Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.
Hadisə may ayının əvvəlində baş verib. Təqsirləndirilən şəxs sevgilisi ilə birlikdə Revda şəhərinə istirahətə yollanıb. Səfərdən öncə qadın köhnə mənzilə görə dövlətdən kompensasiya alıb. Kişi qadının telefonunu gizlicə götürərək hesabına 1 milyon rubl köçürüb. Pulun itməsini görən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Cinayət işi açılıb, istintaq zamanı kişi təqsirini etiraf etsə də, məhkəmədə fikrini dəyişərək qadının pulu könüllü köçürdüyünü iddia edib. Məhkəmə qərarı çıxana qədər o, ölkədən çıxmamaq barədə imza ilə sərbəst buraxılmışdı. Lakin sonuncu iclasa gəlməyib və indi axtarışdadır.
Qeyd edək ki, bu hadisədən əvvəl Voronejdə bir kişi keçmiş həyat yoldaşını zorakılıqla hədələyərək mənzilindən kofe aparatı və şirəçəkən oğurlamışdı. O, pəncərəni sındıraraq evə daxil olub və qadına zor tətbiq etməklə texnikanı aparmağa çalışıb. Lakin uzağa qaça bilməyib və saxlanılıb. 33 yaşlı, əvvəllər məhkum olunmuş şəxsə qarşı cinayət işi başlanıb və onu 7 ilə qədər həbs gözləyir.
Ayxan