Rusiyada Nalçikdə əsaslı təmir zamanı məktəbin divarı 15 yaşlı yeniyetmə də daxil olmaqla iki nəfərin üzərinə uçub.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Hadisə “3 saylı Kadet İnternat Məktəbi” Dövlət Tədris Müəssisəsində baş verib – binanın yaxınlığındakı divar uçub. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdiriliblər; onların vəziyyəti haqqında ətraflı məlumat verilməmişdir.
Müstəntiqlər hadisə ilə bağlı araşdırmalara başlayıb, Terski rayon prokuroru hadisə yerinə gəlib. Hadisələrin gedişinə prokurorluq nəzarət edir. Təmir işləri zamanı tikinti normalarına uyğunluq qiymətləndiriləcək.
Ayxan