DÜNYA ÖZ XƏBƏR

Kütləvi dava törədən iki yeniyetmə ev dustaqlığına göndərildi

Mahaçqalada baş verən kütləvi davada iştirak edən iki yeniyetmə barəsində məhkəmə ev dustaqlığı qətimkan tədbiri seçib.

32gun.az bildirir ki, bu barədə RİA Novosti regionun ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətinə istinadla xəbər yayıb.

Sovetski Rayon Məhkəməsi yeniyetmələrin yaşı, şəxsi xüsusiyyətləri və digər halları nəzərə alaraq, onları 2 ay müddətinə ev dustaqlığına göndərib. Onlar xuliqanlıq maddəsi üzrə cinayət törətməkdə şübhəli bilinir.

Xatırladaq ki, 16 və 17 may tarixlərində Mahaçqalanın müxtəlif yerlərində baş verən kütləvi davalardan sonra polis 67 yeniyetməni saxlayıb. Bildirilir ki, gənclər hərəkətlərini messencerlər və sosial şəbəkələr vasitəsilə əlaqələndiriblər. Yerli jurnalistlərin mənbələrə istinadla verdiyi məlumata görə, insidentə səbəb idman yarışlarından sonra iki yeniyetmə qrupunun arasında yaranan mübahisə ola bilər.

Ayxan 

Oxşar Xəbərlər