DÜNYA ÖZ XƏBƏR

ABŞ Cill Baydeni ərinin səhhəti ilə bağlı açıqlama tələb edir

Cill Baydendən Baydenin səhhəti ilə bağlı açıqlama tələb olunur

ABŞ-ın keçmiş birinci xanımı Cill Bayden prezidentliyi dövründə Co Baydenin sağlamlıq vəziyyəti ilə bağlı məlumat verməlidir.

32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kərolayn Levit bəyan edib.

Onun sözlərinə görə, video və fotolara baxmaq kifayətdir ki, “saglam düşüncə ilə” ABŞ prezidentinin real sağlamlıq vəziyyətinin gizlədildiyini anlamaq olsun. 

“Düşünürəm ki, keçmiş birinci xanım mütləq danışmalıdır – nə gördüyünü, nə vaxt gördüyünü və nə bildiyini deməlidir”, – deyə Levit bildirib.

22 may tarixində amerikalı senator Ron Conson Baydenin sağlamlığı ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Onun sözlərinə görə, Baydenə prostat vəzi xərçəngi diaqnozu qoyulub və bu xəstəlik sümük metastazı ilə müşayiət olunur. Conson qeyd edib ki, Baydenin prezidentliyi dövründə ABŞ hökumətinə əslində kimin rəhbərlik etdiyini aydınlaşdırmaq vacibdir.

Amerika mediasında ədliyyə nazirliyinin yüksək vəzifəli rəsmisi Leo Terrellin açıqlamasına istinadən yazılır ki, Cill Bayden yaşlı adama qarşı qəddar rəftar maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Xatırladaq ki, 18 mayda Co Baydenin prostat vəzi xərçənginə tutulduğu və xəstəliyin sümük metastazı verdiyi məlum olmuşdu. Keçmiş prezidentin ofisinin yaydığı məlumata görə, sidik ifrazında problemlərdən sonra aparılan müayinədə prostat vəzisində düyün aşkarlanıb. Bildirilir ki, bu, daha aqressiv forma olsa da, hormonlara həssas olduğu üçün müalicəyə cavab verir.

Ayxan 

Oxşar Xəbərlər