DİGƏR ÖZ XƏBƏR

Hepatit C və İİV ilə yoluxmuş xəstələrin müalicəsində ucuz preparatlar da effektivdir

Novqorod Dövlət Universitetinin (NovQU) alimləri xroniki Hepatit C xəstəliyindən əziyyət çəkən və eyni zamanda İİV-ə (insan immunçatışmazlığı virusu) yoluxmuş şəxslərin müxtəlif müalicə sxemlərinin effektivliyini araşdırıblar. Nəticələrə görə, genotipə spesifik ucuz preparatlarbütün virus növlərinə qarşı təsirli, lakin daha bahalı preparatlar arasında effekt baxımından demək olar ki, ciddi fərq yoxdur.

32gun.az xəbər verir ki, bu barədə Rusiya Elm və Ali Təhsil Nazirliyi “Gazeta.Ru”ya məlumat verib.

Araşdırmada göstərilib ki, həm İİV, həm də Hepatit C virusu orqanizmə sinergik təsir göstərir, yəni bir-birinin təsirini gücləndirir. Nəticədə bu xəstələrdə qaraciyər sirrozu İİV-mənfi şəxslərlə müqayisədə 4 dəfə daha sürətlə inkişaf edir. Eyni zamanda, qaraciyər xəstəliklərinin müalicəsi xeyli baha başa gəldiyindən bu terapiya bir çox bölgələrdə məhdud istifadə olunur.

Tədqiqat çərçivəsində xəstələr iki qrupa bölünüb:
– Birinci qrup (69 nəfər) genotip-əsaslı ucuz preparatlarla,
– İkinci qrup (35 nəfər) isə pan-genotipik (bütün növlərə təsir edən) bahalı dərmanlarla müalicə olunub.

Nəticələrə əsasən:
Genotip-spesifik müalicə 94,2 % hallarda uğurlu olub.
Pan-genotipik müalicənin uğur göstəricisi isə 100 % təşkil edib.

Alimlər qeyd edirlər ki, yüksək qiymət və bölgələrdə çətin əlçatanlıq nəzərə alınaraq, genotip-spesifik müalicə rejimlərinin daha geniş tətbiqi məqsədəuyğundur. Bunun üçün müalicəyə başlamazdan öncə Hepatit C virusunun genotipini müəyyənləşdirmək vacibdir.

Nilay 

Oxşar Xəbərlər