
ABŞ-ın Alyaska Universitetindən fizik Günter Kleteçka zaman və məkan anlayışına dair inqilabi nəzəriyyə irəli sürüb.
32gun.az bildirir ki, Reports in Advances of Physical Science jurnalında dərc olunan araşdırmaya görə, zaman əslində üçölçülüdür və məkan onun sadəcə törəmə formasıdır.
Alimin sözlərinə görə, reallığın əsası üç müstəqil zaman ölçüsündən ibarətdir. Məkan isə bu "zaman parçasının" üzərindəki boya kimidir. “Zaman kətandır, məkan isə onun üzərindəki rəng,” – deyə Kleteçka izah edib.
Bu modelə əsasən, əlavə iki zaman ölçüsü alternativ hadisə variantlarını düşünməyə imkan verir, lakin klassik zaman səyahəti anlayışına ehtiyac qalmır. Maraqlıdır ki, bu nəzəriyyədə səbəb-nəticə əlaqəsi qorunur.
Kleteçkanın təqdim etdiyi riyazi model həm də elementar zərrəciklərin kütləsini dəqiqliklə hesablamağa imkan verir. Bu isə kvant mexanikası ilə qravitasiyanın birləşdirilməsi kimi fizikanın əsas problemlərinin həllinə yeni yol aça bilər.
Ayaz