DÜNYA ÖZ XƏBƏR

Apandisit şübhəsi olan uşağın bağırsaqlarında 11 maqnit tapılıb

Rusiyanın Tazovsk Rayon Xəstəxanasının həkimləri nadir və təhlükəli bir hal zamanı azyaşlı xəstənin həyatını xilas ediblər.

32gun.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Uşaq təcili olaraq hava yolu ilə xəstəxanaya çatdırılıb. Əvvəlcə həkimlər onda kəskin appendisit olduğunu düşünsələr də, müayinə zamanı tamamilə başqa mənzərə ortaya çıxıb: azyaşlının yoğun və nazik bağırsağında ölçüsü həb böyüklüyündə olan 11 maqnit aşkarlanıb. Onlar orqanların divarları arasında birləşərək perforasiyaya – yəni orqanın deşilməsinə səbəb olub.

Xəstəxanadan verilən məlumata görə, bu vəziyyət uşağın həyatı üçün təhlükəli olan ağır iltihaba (peritonit) yol aça bilərdi.

Lakin vaxtında həyata keçirilən cərrahi müdaxilə sayəsində uşağın həyatı xilas olunub. Hazırda o, xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır və vəziyyəti yaxşılaşır.

Ayaz 

Oxşar Xəbərlər