
ABŞ-ın İrana endirdiyi hava zərbələri ölkənin nüvə obyektlərinə ciddi ziyan yetirib.
32gun.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai Al Jazeera telekanalına açıqlamasında bildirib.
“Obyektlərimiz ciddi şəkildə zədələnib, bu, dəqiqdir”, – deyə rəsmi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatlardan sonra bu ölkənin nüvə proqramının “on illərlə geriyə atıldığını” bəyan etmişdi.
ABŞ vitse-prezidenti Ceyms Devid Vens isə zərbələrdən sonra "Tramp doktrinası" anlayışının formalaşdığını bildirib. Onun sözlərinə görə, bu yanaşmanın mahiyyəti xarici ölkələrdə rejim dəyişdirməkdən ibarət deyil. Əvəzində diplomatik təzyiq və zərurət yaranacağı halda, qısa və hədəfə yönəlmiş hərbi müdaxilə strategiyası tətbiq olunur. Vens qeyd edib ki, Vaşinqton İranda rejimi dəyişməyə və ya demokratiya ixracına cəhd göstərməyib.
Ayaz