
Texasın Cənub-Qərb Universitetinin alimləri məşhur qida əlavələrinin hipertenziyanın inkişafı ilə bağlı təhlükəli mexanizmini üzə çıxarıb. Onların araşdırmasına görə, fosfatlar emal olunmuş məhsullardan beyinə keçərək qan təzyiqinin davamlı yüksəlməsinə səbəb olan zəncirvari reaksiyanı işə salır.
32gun.az xəbər verir ki, tədqiqat “Circulation” jurnalında dərc olunub.
Fosfat əlavələri (E338-E343, E450-E452) qida sənayesində konservant və stabilizator kimi geniş istifadə olunur. Kolbasa, ərimış pendir, qazlı içkilər və digər uzunmüddətli saxlanılan məhsullarda mövcuddur. İnsanların bu əlavələri qəbul etməsi tövsiyə edilən normadan 2-3 dəfə artıqdır.
Alimlər aşkar ediblər ki, fosfatların çoxluğu qanda FGF23 zülalının səviyyəsini artırır. Bu zülal qan-beyin baryerini keçərək beyin sapında FGFR4 reseptorlarını aktivləşdirir. Bu, simpatik sinir sisteminin aşırı fəaliyyəti ilə nəticələnən zəncirvari reaksiyanı işə salır və təzyiqin hətta istirahət zamanı belə qalxmasına səbəb olur.
Tədqiqatçılar bu təhlükəli mexanizmi bloklamağın yolunu tapıblar. Eksperimentlər göstərib ki, FGFR4 reseptorunun inhibə olunması təzyiqin artmasını önləyir və bu, hipertenziya əleyhinə yeni dərmanların hazırlanması üçün perspektivlər açır.
Ayaz