
London Kraliça Meri Universitetinin alimləri müəyyən ediblər ki, dünyada ən məşhur psixoaktiv maddə olan kofein qocalmanı hüceyrə səviyyəsində ləngidə bilir.
32gun.az xəbər verir ki, araşdırma "Microbial Cell" jurnalında dərc olunub.
Alimlər bu nəticəyə sadə maya göbələkləri (drozofilalar) üzərində apardıqları təcrübələr nəticəsində gəliblər.
Əvvəllər kofeinin yaşla bağlı xəstəliklərin riskini azaltdığı məlum olsa da, bu təsirin hansı mexanizmlə baş verdiyi aydın deyildi. İndi isə tədqiqatçılar müəyyən ediblər ki, kofein hüceyrənin böyüməsini tənzimləyən TOR adlı zülal üzərindən deyil, AMPK adlı ferment vasitəsilə təsir göstərir.
AMPK hüceyrənin enerji səviyyəsinə nəzarət edən “sensor” kimi fəaliyyət göstərir. Enerji azaldıqda aktivləşir, hüceyrəyə streslə mübarizədə və DNT-nin bərpasında kömək edir. Bu da hüceyrənin daha uzunömürlü olmasına və zədələrə qarşı davamlı olmasına səbəb olur.
Qeyd edək ki, AMPK eyni zamanda diabetin müalicəsində istifadə olunan metformin preparatının da təsir göstərdiyi əsas hədəfdir. Alimlər hesab edirlər ki, kofeinin bu mexanizmi aktivləşdirməsi onun sağlamlıq və uzun ömür üçün niyə faydalı ola biləcəyini izah edir:
“Əldə etdiyimiz nəticələr göstərir ki, kofein hüceyrələrdə metforminə bənzər qoruyucu mexanizmləri işə salır,” – deyə tədqiqatın baş müəllifi, doktor Haralampos Rallis bildirib. “Bu, adi maddələrin hüceyrə yaşlanmasına necə təsir etdiyini anlamaqda yeni perspektivlər açır.”
Nilay