İDMAN ÖZ XƏBƏR

Olimpiya çempionu sinə implantı etdirdi

İdman gimnastikası üzrə Olimpiya çempionu Simona Baylz estetik əməliyyat keçirərək döş implantı etdirib.

32gun.az xəbər verir ki, tanınmış idmançı əməliyyatdan sonra çəkilən fotosunı öz sosial şəbəkə hesablarında paylaşıb.

Xatırladaq ki, 2025-ci ilin aprelində Simona Baylz nüfuzlu Laureus World Sports Awards tərəfindən ilin ən yaxşı qadın idmançısı seçilib.

Bu nominasiyada o, dünyanın 1 nömrəli tennisçisi belaruslu Arina Sobolenkonu, ikiqat “Qızıl top” sahibi ispan futbolçu Aytana Bonmatini, 2024 Olimpiadasında marafon üzrə çempion olmuş hollandiyalı Sifan Həsəni, 1500 metr məsafəyə qaçış üzrə olimpiya çempionu keniyalı Fayt Kipyeqonu, həmçinin 400 metr maneəli qaçış və 4x400 metr estafet üzrə ABŞ-lı olimpiya çempionu Sidni Maklaflini geridə qoyub.

Laureus mükafatına namizədlərin siyahısı 70-dən çox ölkədən 1000-dən artıq idman mediasının səsi ilə formalaşdırılır.

Qeyd edək ki, 2022-ci ilin fevral ayının sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına çağırış edərək, Rusiya və Belarus idmançılarının yarışlara buraxılmamasını tövsiyə etmişdi.

Ayaz 

Oxşar Xəbərlər