İDMAN ÖZ XƏBƏR

Gənclər və İdman Nazirliyinin 1.5 milyonluq tenderlərin ləğv edildi 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilən iki satınalma müsabiqəsi iştirakçıların sayının azlığı səbəbilə baş tutmayıb.

32gun.az xəbər verir ki, nazirliyin tabeli qurumları üçün promo məhsulların satın alınması üzrə elan edilən tenderin ehtimal olunan dəyəri 1.401.097,90 AZN, idman atları üçün yemlərin alınması ilə bağlı müsabiqənin isə 121.000,00 AZN təşkil edirdi.

Hər iki tenderin ləğv edilmə səbəbi kimi təklif və təminat təqdim etmiş, tələb olunduqda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Ümumi məbləğ 1.522.097,90 AZN olan satınalmalar müsabiqənin qanunvericiliyə uyğun keçirilməsi mümkün olmadığından ləğv olunub.

Nilay 

Oxşar Xəbərlər