
Ukraynalı Vlada Xarkova dünya çempionu oldu
Ukraynalı qılıncoynadan Vlada Xarkova qadınlar arasında şəxsi şpaqa üzrə dünya çempionu olub.
32gun.az xəbər verir ki, Xarkova 1/4 finalda fransalı Eloiz Vanrisseli 15:14 hesabı ilə məğlub edib. Yarımfinalda isə o, 2022-ci ilin dünya çempionu və hazırda dünya reytinqinin birinci pilləsində olan cənubi koreyalı Son Se Ra ilə qarşılaşıb və eyni hesabla 15:14 qalib gəlib.
Finalda estoniyalı Katrina Lexislə üz-üzə gələn ukraynalı idmançı yenə də 15:14 hesabı ilə qələbə qazanaraq dünya çempionu adını qazanıb.
Vlada Xarkova 2003-cü ildə Natalya Konradın qələbəsindən sonra şəxsi şpaqa növündə Ukraynanın ilk dünya çempionu, eyni zamanda Ukraynanın şəxsi yarışlarda beşinci dünya çempionu olub.
Ayaz