
Hövsan Olimpiya İdman Kompleksi isitmə-soyutma, havalandırma və nəm alma sistemlərinin cari təmir işləri üçün böyük həcmli satınalma həyata keçirməyə hazırlaşır.
32gun.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 2 257 017,77 AZN təşkil edir.
Satınalma çərçivəsində kompleksin mühüm texniki infrastrukturunun yenilənməsi, istismar müddətinin uzadılması və idmançılar üçün komfortlu mühitin təmin edilməsi nəzərdə tutulur. Təmir işlərinin yaxın aylarda həyata keçirilməsi gözlənilir.
Ayaz