
ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya səfəri Britaniya Baş Naziri Kir Starmer üçün risklər yaradır
ABŞ Prezidenti Donald Trampın 25-29 iyul tarixlərində Şotlandiyaya planlaşdırılan özəl səfəri Britaniya Baş Naziri Kir Starmer üçün müəyyən çətinliklər yarada bilər.
32gun.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Britaniya hakimiyyəti iki siyasətçi arasındakı münasibətləri yaxşı saxlamaq və mümkün çətinlikləri aradan qaldırmaq üçün yaxın günlərdə addımlar atmaq niyyətindədir.
Politika və iqtisadiyyat üzrə ekspert Maykl Martins bildirir ki, Starmer incə balansda hərəkət etməlidir, çünki Trampla bağlı istənilən vəziyyət müəyyən risklərlə müşayiət olunur.
Agentlik vurğulayır ki, Tramp və Starmer arasında aparılan danışıqlarda beynəlxalq siyasət məsələlərindən əlavə, ABŞ liderinin şəxsi maraqları da müzakirə olunub. Xüsusilə, Tramp Britaniyada öz qolf klublarının yaxınlığında yerləşən külək elektrik stansiyalarından narazılığını Starmera çatdırıb.
Səfər zamanı Donald Tramp iki mövcud qolf klubunu ziyarət etməyi və üçüncüsünü açmağı planlaşdırır.
Ayaz