İDMAN ÖZ XƏBƏR

ÇSKA braziliyalı müdafiəçinin gedişini rəsmən açıqlayıb

Moskvanın ÇSKA klubu braziliyalı müdafiəçi Villian Roşanın Əbu-Dabinin “Əl-Cəzirə” klubuna transfer olunduğunu rəsmi olaraq açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə klubun “Telegram” kanalında məlumat verilib.

Məlumatda Roşanın iki Rusiya Kuboku, Rusiya çempionatının gümüş və bürünc medalları, həmçinin Rusiya Superkubokunun qazanılmasında göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

Mediada yayılan məlumatlara görə, transferin dəyəri 6 milyon avro təşkil edib. Braziliyalı futbolçu iki illik müqavilə imzalayıb və illik 2,8 milyon avro maaş alacaq. Ötən mövsüm onun yeni komandası liqada yeddinci yeri tutub.

Roşa 2022-ci ildə ÇSKA-ya keçib, 105 oyunda çıxış edərək 7 qol və 9 assistlə yadda qalıb. Onun Moskva klubundakı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Xatırladaq ki, avqustun əvvəlində ÇSKA-nı başqa bir braziliyalı futbolçu – 24 yaşlı sağ cinah müdafiəçisi Kellven də tərk edib. O, Braziliyanın “Palmeyras” klubuna keçib. Bu transferdən ÇSKA-nın təxminən 5,59 milyon avro qazandığı bildirilir.

Ayaz 

Oxşar Xəbərlər