DÜNYA ÖZ XƏBƏR

Təqaüddə olan gizir mübahisə zamanı güllələnərək öldürülüb - Çanaqqalada

Çanaqqalada təqaüddə olan gizir G.Y., mübahisə etdiyi hərbi səhiyyə giziri C.B. tərəfindən tapança ilə arxasından vurularaq həyatını itirib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə axşam saatlarında Esenler məhəlləsindəki Bahçelievler 10-cu mərhələ, Kutluay Apartmanının həyətində baş verib. Əvvəllər aralarında ədavət olduğu bildirilən C.B. və G.Y. binanın qarşısında mübahisə etməyə başlayıblar. Qısa müddət sonra mübahisə davaya çevrilib. Bu zaman C.B. yanında olan tapança ilə G.Y.-nin arxasına atəş açıb.

Hadisəni görən qonşular polis və təcili yardım çağırıblar. Əraziyə gələn tibb işçiləri G.Y.-nin hadisə yerində öldüyünü müəyyən ediblər. Şübhəli C.B. isə cinayət aləti ilə birlikdə hadisə yerində saxlanılıb və polis tərəfindən nəzarətə götürülüb.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Ayaz 

Oxşar Xəbərlər